
"RegionTV.info"nun məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Ağayeva Nazlı İskəndər qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.