Uruqvayın "Penyarol" komandası baş məşqçisi Dieqo Forlanla yollarını ayırıb.
Paytaxt Montevideonu təmsil edən kollektiv 41 yaşlı mütəxəssisi istefaya göndərib.
Onun əvəzinə komandanın sükanı arxasına Mario Saralegi təyin olunub.
Qeyd edək ki, "Penyarol" Forlanın məşqçilik karyerasında başçılıq etdiyi ilk klubdur. O, futbolçu karyerası ərzində İngiltərədə "Mançester Yunayted", İspaniyada "Vilyarreal" və "Atletiko", İtaliyada isə "İnter" kimi komandaların formasını geyinib.
Uruqvay millisində 112 oyun keçirən veteran hücumçu 36 qol vurub.