"Mançester Siti" “Arsenal”a qalib gələrək ardıcıl 13-cü qələbəsini qazandı
Tarix: 21-02-2021, 22:50Xəbərə baxış: 180
Londonun "Emireyts" stadionunda “Arsenal”la “Mançester Siti” arasında İngiltərə Premyer Liqasının 25-ci turunun matçı keçirilib. "RegionTV.info" xəbər verir ki, görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 2-ci dəqiqədə vurulub – Rahim Sterlinq fərqlənib. "Mançester Siti" bununla İngiltərə Premyer Liqasında 13-cü ardıcıl qələbəsini qazanıb.