"Ürək-damar sistemi üçün ən zərərli qidalar "fastfood" və yarıfabrikat məhsullardır".
"RegionTV.info" xəbər verir ki, bu sözləri dietoloq-qastroenteroloq Nuria Dianova "Zvezda" kanalına müsahibəsində deyib.O bildirib ki, "fastfood" çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da faydalı deyil.

"Bu qidalar kökəlməyə səbəb olmaqla yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans-yağlar var. Trans-yağlar qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır"
Həkim bildirib ki, bu qidalanma insanın ürəyində ciddi xəstəliyə yol açır:
"Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta yol aça bilər".