Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

XƏBƏRDARLIQ: 65 ildən sonra ən soyuq hava gözlənilir

Fevralın 23-də Moskvada mənfi 27 dərəcə temperatur gözlənilir.
"RegionTV.info"   "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Fobos" Hava Mərkəzinin mütəxəssisi Yevgeniy Tişkovets bildirib.
Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.

Fevralın 23-də Moskvada gecə temperatur mənfi 25-27 dərəcəyə, Moskva vilayətində mənfi 25-30 dərəcəyə, şərq bölgələrində mənfi 33 dərəcəyə enəcək. Bu, uzun illər fevral ayında qeydə alınan temperaturdan 13-15 dərəcə aşağıdır.

Sonuncu dəfə Moskvada belə güclü şaxta 1956-cı ildə qeydə alınıb. Həmin vaxt 27,1 dərəcə mənfi temperatur olub. Moskvada bu sahədə rekord isə mənfi 30,5 dərəcə ilə 1945-ci ildə qeydə alınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də