"Barselona" və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miquelina Dos Santos koronavirusdan vəfat edib.
"RegionTV.info" xəbər verir ki, tanınmış futbolçunun anası 71 yaşında dünyasını dəyişib. O, ötən ilin dekabr ayında koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, oktyabr ayında Ronaldinyonun özü koronavirusa yoluxmuşdu.
Xəbəri paylaş