Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Hər şeyi itirdim, amma yenidən geri qaytaracağıma inanıram” - ETİRAZ

Şurnuxu sakinlərindən biri Nikol Paşinyanın istefasını tələb edən çıxışında daha sərt açıqlamalar verib.

"RegionTV.info"  erməni mediasına istinadən xəbər verir ki, Sünikdən olduğunu deyən erməni sakini Paşinyanı xain və satqın adlandırıb:

“Mən özüm hər iki müharibədə iştirak etmişəm. Erməni millətinin oğlu kimi onu deyə bilərəm ki, bu müharibədə hər şeyimi itirdim. Xalqın birliyi və  köməyi ilə itirdiklərimi geri qaytaracağıma inanıram. Bura toplaşan insanlar dərindən keçirdikləri hislərini söyləmək üçün fürsət axtarırlar. Bu mənada ürəyimdəki sözləri dilə gətirmək üçün 350 km məsafəni qət edərək mitinqə gəldim.

Xainin bu dövlətə rəhbərlik etmək hüququ yoxdur. Tariximizdə həmişə krallarımıza çuxur qazdılar, onları zəhərlədilər. Amma tarixdə ilk dəfədir ki, bir lider öz xalqını zəhərləyib. Xain dövlət başçısının o vəzifədə var olmaq haqqı yoxdur. Nikolsuz olmalıyıq. Şərəf və ləyaqətimizi qorumalıyıq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də