İrəvanda çox az insan müxalifəti dəstəklədi. Bu qədər az insana görə nəinki hakimiyyətdən getməyə, heç növbədənkənar seçkilər keçirməyə ehtiyac yoxdur.
"RegionTV.info" xəbər verir ki, Bu sözləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanda baş verən bu mitinq müxalifətin vahid olmadığını göstərdi:
“Beləliklə Ermənistan əhalisi Qarabağsız, forpost olmayan Ermənistana, eyni zamanda da Azərbaycan və Türkiyə ilə sərhədləri açacaq olan Hayastana üstünlük verdi. Bu vəziyyət bugünlük belədir. Sabah isə Rusiya lazım gələn kimi orada istədiyini edəcək. Hələlik isə Rusiyanın Ermənistanda çevriliş etməsinə ehtiyac yoxdur, çünki Paşinyan Kremlin bütün şərtlərini yerinə yetirir.
Qeyd edim ki, son bir həftədə Ermənistanda və Gürcüstanda baş verənlər onu göstərdi ki, hər iki ölkədə hakimiyyət öz siyasi oppenentlərinə qarşı qanunsuz addımlar atmaqdan çəkinmir”.
Xəbəri paylaş