Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb

Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb.

"RegionTV.info"nun  məlumatına görə Danimarka hökuməti sərhədin bağlanması barədə qərarı Almaniyanın bəzi sərhəd bölgələrində koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən təcili olaraq qəbul edib. Bu, təxminən 13 sərhəd keçidinin müvəqqəti tədbir olaraq tamamilə bağlanacağı, digər 9-da isə daha sərt məhdudlaşdırma və yoxlamaların tətbiq ediləcəyi deməkdir.

Cümə axşamı tətbiq edilən qərar sərhəd yaxınlığında yerləşən Almaniyanın Flensburq şəhərində koronavirus mutasiyasının yayılmasından sonra qəbul olunub. 

"Bu səbəbdən indi biz əhəmiyyətli dərəcədə daha sərt sərhəd yoxlamaları tətbiq edirik və Danimarka-Almaniya sərhədindəki bir sıra daha kiçik sərhəd keçidlərini bağlayırıq", - deyə Danimarkanın ədliyyə naziri Nik Xekkerup nazirliyin saytında bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də