
"RegionTV.info"nun məlumatına görə, Şimali İraq Regional Rəhbərliyinin sədri Azad Kürəci "Həşdi-Şabi" və PKK-nın İraqda həm mülki, həm də hərbi varlığını gücləndirən Türkiyəyə qarşı ortaq ittifaq və hücum qərarı aldıqlarını bildirib.
Kürəci bildirib ki, Ərbil Hava Limanı və şəhər mərkəzinə raket hücumlarının PKK-"Həşdi-Şabi" əməkdaşlığı sayəsində təşkil edildiyinə dair ciddi faktlar mövcuddur:
"Terror təşkilatı Ərbilə hücumu ilə Kürdüstan Demokratik Partiyasına "Türkiyədən uzaq dur" mesajını verdi. Bərzani rəhbərliyini "Həşdi-Şabi"-PKK ittifaqının raket hücumundan qorxutmaq istədilər. Bu, həm də Bərzaniyə "istəsək sənin şəhərini qan gölünə çevirərik" ismarışı idi".