Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var
Tarix: 21-02-2021, 12:19Xəbərə baxış: 141
Əfqanıstanın cənubundakı Gilmend əyalətində partlayış baş verib. "RegionTV.info"nun məlumatına görə, bu barədə “Tolo News” mənbəyə istinadən xəbər verir. Qeyd olunub ki, hadisə əyalətin Ləşkərgah şəhərində qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.