Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeddi yaşlı uşaq öz ad günündə avtomobillə vurulub və hadisə yerində vəfat edib

İmişli rayonunda piyadaların vurulması və ölümlə ilə nəticələnən yol qəzası baş verib.
"RegionTV.info"nun   məlumatına görə rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2012-ci il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.
Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, ölən azyaşlı Nihad Quliyevin bu gün anadan olduğu gündür.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də