Gürcüstanda ötən sutkada daha 258 nəfərə koronavirus diaqnozu qoyulub, 10 pasiyent vəfat edib.
"RegionTV.info" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 268 355-ə, ölənlərin sayı isə 3 435-ə çatıb.
Son 24 saat ərzində 571 nəfər sağalaraq evə buraxılıb. Xəstəlikdən sağalanların ümumi sayı 261 637-yə yüksəlib.
Xəbəri paylaş