
"RegionTV.info"nun məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı nəqliyyat vasitələrinin birinin sərnişini, 1989-cu il təvəllüdlü Bəhramova Nuranə Cəlal qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.