
"RegionTV.info" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O, qeyd edib ki, məsələ Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. "Hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmalardan sonra ictimaiyyətə yekun məlumat veriləcək", - o əlavə edib.
Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva fevralın 19-da Bakının Xətai rayonu, Yeryemenko küçəsində yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Daha sonra qızın intihar etməsinə valideynlərinin səbəb olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.