"RegionTV.info" xəbər verir ki, bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat daxil olub.
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.
Qeyd edək ki, S.Atakişiyevanın şəkli və yazışmalarını əks etdirən fotolar "qafqazinfo.az" saytından götürülüb.
QALEREYA