Azərbaycan Respublikasının dövlət sərhədi növbəti dəfə Ermənistan rəsmiləri tərəfindən pozulub.
"RegionTV.info" xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, Ermənistan Fövqəladə Hallar naziri Andranik Piloyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün –fevralın 20-də Rusiya sülhməramlılarının yaratdığı şərait sayəsində dövlət sərhədimizi pozaraq Xankəndinə gəlib. Onu separatçı rejimin “daxili işlər naziri” sayılan Karen Sarkisyan, “fövqəladə hallar xidməti”nin direktoru hesab edilən Mexak Arzumanyan qarşılayıb.
Bu, A.Piloyanın nazir təyin olunduqdan sonra Xankəndinə ilk “rəsmi” səfəridir.
Xəbəri paylaş