Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni avtobus zolaqlarından velosipedçilər istifadə edə bilərmi? - AÇIQLAMA

"RegionTV.info"

Paytaxt Bakıda hərəkətin gur olduğu yollarda ayrıca avtobus zolaqları çəkilib.
Bu isə o deməkdir ki, “Bus” sözü yazılmış həmin zolaqlardan ancaq ümumi istifadadə olan nəqliyyat vasitələri, yəni avtobuslar istifadə edə bilər.
Lakin bu, velosiped sürücülərinin hüquqlarının pozulması deməkdir. Belə ki, Velosiped İdmanı Federasiyası tərəfindən qaldırılan məsələyə görə, velosiped sürücülərinin bu zolaqdan istifadə edib-edə bilməməsi sual olaraq qalır.

“Yol Hərəkəti haqqında” Qanuna əsasən velosipedçilər istənilən yolun sağ zolağının (əgər birdən artıq zolaq varsa, yoxdursa, həmin zolaqda – S.M.) sağ kənarında gedə bilər. Onlar sıra ilə 10 velosipedçidən artıq olmamaq şərtilə yolun ən sağ kənarında getməlidirlər.

Lakin şəhərin bəzi yollarında “Bus” sözü yazılmış avtobus zolağında velosiped şəkli də çəkilib. Bu isə o deməkdir ki, burada velosipedçilərin hərəkətinə məhdudiyyət yoxdur.

Bəs bu məsələdəki qeyri-müəyyənlik barədə mütəxəssis fikri necədir? Məsələ ilə bağlı nəqliyyat eksperti Rəşid Axundzadə Oxu.Az-a açıqlamasında bildirib ki, qaranlıq suallara aydınlıq gətirmək üçün bütün “Bus” zolağı olan yollarda velosiped şəklinin çəkilməsi lazımdır:

“Qanunla baxsaq, velosipedçilər sağ zolağın sağı ilə getməlidir. Bizdə yollarda velosiped zolaqları yeni-yeni salınır. Düzdür, qanunda avtobus zolağında velosiped zolağının da olması nəzərdə tutulmayıb. Amma şəhərimizdə bəzi yollarda “Bus” zolağında velosiped şəkli də çəkilibsə, deməli, velosipedlə o yoldan keçmək mümkündür. Bu, yaxşı haldır. Digər yollarda da bu çəkilsə, yaxşı olar.

Çəkilməsə, bu o deməkdir ki, icazə yalnız avtobuslara aiddir. Belə olan halda, xaotik vəziyyət yarana bilər və velosiped sürücüləri cərimələnə bilər. Velosiped sürücüsü həmin avtobus zolağından yararlana bilmirsə, velosipedini əlinə alıb səkiylə getməyə məcburdur”.

Qeyd edək ki, dünya praktikasında avtobus zolaqları olan yollara velosiped nişanlanma xətlərinin çəkilməsi praktikası geniş yayılıb.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də