
"RegionTV.info" xəbər verir ki, bu haqda əkizlər özləri açıqlama yayıb.
Onlar bildirib ki, İnstaqramdakı 2,7 milyonluq profillərini də bağlayırlar:
"Bilmirəm hazırda verdiyimiz açıqlama necə qarşılanacaq. Biz yorulduq, tükəndik, bitdik. Qərara gəldik ki, səhnəni tərk edək. Sabahdan "sevil-sevinc" İnstaqram səhifəsi olmayacaq. Dəstəyiniz üçün çox sağ olun, bizə halallıq verin. Əlvida".