Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycandan tibbi maskaların aparılmasına qoyulan qadağa ləğv edilib



Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.

Dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.

Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Eyni zamanda ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa da ləğv edilib.

Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:

Sıra

№-si

XİF MN üzrə kod

Malın adı

1

2

3

1.

2207 10 000 0

Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

2.

2207 20 000 0

Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

3.

2208 90 910 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

4.

2208 90 990 0

Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

5.

Qrup 30-dan

Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla)

6.

3808 94-dən

Dezinfeksiyaedici vasitələr

7.

3822 00 000 0-dan

Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

8.

3926 20-dən

Baxillər

9.

4015 19-dan

Steril və qeyri-steril əlcəklər

10.

5603-dən

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar

11.

6210 10-dan

Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

12.

6307 90-dan

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün)  respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

13.

9004 90-dan

Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər

14.

9019 20 000 0

Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı

15.

9025 19-dan

İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də