Müğənni Xatirə İslam “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin onun haqda tənqidi fikirlərinə münasibət bildirib.RegionTV.info xəbər verir ki, Xatirə efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarını şərh edən Oqtay Əliyevə belə cavab verib:
“Oqtay bəy, yadınızdadır, ATV-nin rəhbərinin otağında oturmuşdunuz. Məndən efir üçün pul istədilər. Dedim ki, pulum yoxdur, efirə pulsuz çıxmaq istəyirəm. Dedilər ki, çıx çölə. Orada söylədim ki, pul ödəmirəm, amma bir gün özünüz məni efirə çağıracaqsınız. Siz güldünüz, amma bu gün elədir. İndi mən deyirəm mənə pul ver.
Sizi çox istəyirəm. Deyirsiz, müharibə dövründə ortalıqda az müğənnilər göründü. Mən qadınam, evimdə idim. Siz kişisiniz, bəs siz harada idiniz? Sizi görmədim. 44 gün ərzində “Əsgər marşı”m bütün marketlərdə səsləndi. Əsgər ailələrinə baş çəkmişəm. İnsan etdiyini deməz, amma indi məcburam. 20 şəhidin evinə getmişəm, necə lazımdır. Əsgərlərə əlimdən gələni göndərdim. Xankəndinə aid mahnı oxudum və Azərbaycanı silkələdim. Əgər siz eşitməmisinizsə, deməli, Azərbaycanda olmamısınız. Əlimdən gələni etmişəm, gedib vuruşası deyildim.
Layihə edirsiniz, sms səsvermə olur, milyonlar qazanırsınız. Oradan müğənniyə pul ayırın. Bu, diqqətdir. İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim. Müharibə vaxtı Türkiyədə idiniz, yəqin ona görə gördüyüm işlər haqda bilməmisiniz”.
Xəbəri paylaş