“Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur”.
"RegionTV.info" xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu barədə Rusiyanın “Nasionalnaya slujba novostey” informasiya agentliyinin mətbuat mərkəzində keçirilən “Rusiya parlamentarilərinin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsündə məlumat verib.
Deputat bildirib ki, Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən evlərinə qayıtmağı arzu edən rus ailələri bu barədə ona müraciət edirlər: “Məsələn, Krasnodar diyarından olan iki molokan ailəsi və Azərbaycanın Russkiye Borisı kəndindən olan daha iki ailə əvvəllər yaşadıqları Tərtər rayonuna qayıtmaq arzusunu bildirib”.
M.Zabelin təəssüf hissi ilə qeyd edib ki, həmin ailələr Tərtər rayonunda əvvəllər yaşadıqları kənddən erməni silahlı dəstələri tərəfindən qovulub, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.
Onun sözlərinə görə, azərbaycanlılar erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı günü 30 il gözləyiblər: “Yüzlərlə rus gənc Azərbaycan Ordusunun tərkibində öz torpaqlarının azad edilməsi uğrunda vuruşub. Onların arasında həlak olanlar da var. Biz bu gəncləri ehtiramla yad edirik”.
Xəbəri paylaş