Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Tovuzda yüzlərlə insan azadlıq tələb edir

2020-ci il yanvarın 6-da yandırılaraq cəsədi tapılmış Nərmin Quliyevanı öldürməkdə ittiham olunan Dondar Quşçu kənd sakini İlkin Süleymanova görə aksiya keçirilib

"RegionTV.info"  xəbər verir ki, həbs olunan İlkin Süleymanovun azadlığa buraxılması, günahkarların cəzalandırılması tələbi ilə kənd sakinləri toplaşaraq aksiya keçirib. Kənd sakinləri İlkin Süleymanovun həbs edilməsinə etirazını bildiriblər. Sakinlər deyir ki, o günahsızdır, hüquq-mühafizə orqanlarının səriştəsizliyi səbəbindən İlkin Süleymanov həbs edilib. Sakinlər ölkə başçısı İlham Əliyevin kəndə gəlməsini xahiş ediblər. Həmçinin, kənddə toplaşan sakinlər "İlkinə azadlıq" şüarları səsləndiriblər. 

Qarşıdakı saatlarda hadisə yerindən özəl görüntüləri oxucularımıza təqdim edəcəyik. 




BAXAR.AZ

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də