Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ankarada Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər açıqlanıb

Nazirlər Kabineti Ankarada Türkiyə-Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclası çərçivəsində imzalanan sənədlərin adlarını açıqlayıb.

"RegionTV.info"  Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 19-da Ankarada Türkiyə-Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.

Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay, Türkiyə və Azərbaycan hökumətlərinin üzvləri iclasda iştirak ediblər. İclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.

Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.
İclasın sonunda iqtisadi əməkdaşlığa dair aşağıdakı sənədlər imzalanıb:

- Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;
- Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
- Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;
- Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.
İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də