Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadılar

ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb.
RegionTV.info xəbər verir ki, bu barədə erməni ictimai fəal, "Kaseçum" hərəkatının funksioneri Samson Qriqoryan bildirib. Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən "qonaqlar" Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıb:
"Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar".
Xatırladaq ki, bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün İrəvandan yox, Bakıdan icazə alınmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də