
"RegionTV.info"nun əldə etdiyi məlumata görə, hadisə şəhərin mərkəzində baş verib və kameralara anbaan düşüb. 1992-ci il təvəllüdlü Ukraynada müvəqqəti yaşayan azərbaycanlının 52 yaşlı kişini öldürməsi şəhərdə böyük səs-küyə səbəb olub. Sosial şəbəkələrdə azərbaycanlılara qarşı çağırışlar edilib.
Hadisəni törədən şəxs həbs edilib və məhkəmə prosesi keçirilib. Qatili 7 ildən 10 ilədək həbs cəzası gözləyir.




