Türkiyənin tanınmış kino və teatr aktyoru Toyqun Atəş koronavirusdan vəfat edib.
"RegionTV.info"nun məlumatına görə, COVID-19 diaqnozu ilə xəstəxanada müalicə alan 66 yaşlı aktyor 9 gün ərzində virusa müqavimət göstərib.
Fevralın 6-da test cavabı pozitiv çıxan Atəş İnönü Universitetinin Turqut Özal Tibb Mərkəzinə yerləşdirilib. Onun süni nəfəs aparatına qoşulduğu bildirilib. Lakin görülən bütün tədbirlər tanınmış aktyorun həyatını xilas etmək üçün kifayə olmayıb.
Qeyd edək ki, Toyqun Atəş "Aşkı-Məmnu" (gəmi kapitanı), "Fatmagülün günahı nə?" (Emin) və "Möhtəşəm yüz il. Kösəm" (Sofu Sinan paşa) kimi seriallarda canlandırdığı obrazlarla Azərbaycan tamaşaçısına yaxşı tanış idi.
Xəbəri paylaş