Türkiyədə zəlzələ hadisəsi baş verib. "RegionTV.info" xəbər verir ki, hadisə Konyanın Tuzlukçu ilçəsində yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 3.8 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Dağıntı və itkilərlə bağlı məlumat yoxdur.