Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu ölkədə son həftədə koronavirus səbəbindən 66 təhsil ocağında dərslər dayandırılıb

Son bir həftədə Fransanın təhsil müəssisələrində sanitar vəziyyət ağırlaşıb. Bu müddətdə koronavirusa yoluxma hallarına görə 66    "RegionTV.info"  xəbər verir ki, bu barədə Fransanın Milli Təhsil Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 847-si son sutkada olmaqla, ötən bir həftə ərzində 5422 şagird, 647 təhsil işçisi koronavirusa yoluxub.
Hökumətin sözçüsü bildirib ki, ölkədə epidemioloji vəziyyət çox həssasdır və hər an ağırlaşa bilər. Buna görə də ölkədə tətbiq olunan komendant saatı rejimi qeyri-müəyyən müddətədək davam edəcək. Koronavirus testinin nəticəsi pozitiv olan şəxslər isə 7 gün deyil, 10 gün karantin rejimində qalmalı olacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də