"RegionTV.info"
Maliyyə Nazirliyi Azərbaycanın dövlət borcunu açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 1 yanvar 2021-ci il tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8,100.4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edib.
Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər 721,1 milyon ABŞ dolları və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8,821.5 milyon ABŞ dolları (14,996.5 milyon manat) və ya ÜDM-in 20,7 faizi həcmindədir.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
1 yanvar 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 1.726,0 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1.942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.
Xəbəri paylaş