53 yaşlı Akif Məmmədov 6 il əvvəl həyatının ən dəhşətli diaqnozunu eşidəndə tam sağalmaq barədə düşünmürdü.
Dediyinə görə, diş çəkdirərkən həkim səhlənkarlığından hamının qorxulu kabusuna çevrilən Hepatit B qaraciyər visuruna yoluxdurulur.
Hansı həkimə müraciət edibsə, tam sağalacağına zəmanət verən olmayıb. Xəstəliyin 2-3-cü ilində əllərində, hətta başında, boğazında tünd rəngdə ləkələr əmələ gəlməyə başlayır. Vəziyyətdən narahat olan pasiyent ləkələrin üzünə də keçib yayılacağından qorxur.
"RegionTV.info" bildirir ki, Akif Məmmədov başına gələnləri və xəstəliyi ilə mübarizədə özünün tətbiq etdiyi metodu bölüşür. Ləkələrdən sonra həkimə müraciət edən 53 yaşlı kişiyə bunun qara ciyərdə virusun yaratdığı fəsadlarla bağlı olduğunu deylir. Elə həmin vaxtdan müxtəlif məlhəmlər,mazlar mazlar tövsiyə edilir. Lakin həkimin yazdığı məlhəmlərin ləkəyə heç bir faydası olmur.
3 il sonra xəstəliyi ilə bağlı internetdə araşdırma etməyə başlayan xəstə dəvətikanı- el arasında qanqal deyilən bitkinin toxumunun qaraciyərə faydası haqqında məqaləyə rast gəlir. Elə həmin gündən bu üsulu tətbiq edir.
Həm də oxucumuz olan pasiyent həmin resepti təqdim edir:
Bir xeyli qanqal toxumu yığılıb və ya alınıb üyüdlür. 2 çay qaşığı toxumdan hazırlanan çayı hər gün 200 qr. olmaqla içilir. Gündə bir dəfə yeməkdən azı yarım saat əvvəl qəbul edilir. Gündə iki stəkandan çox olmaz
Bu prosedura bir aydan bir fasilə ilə yenidən davam etmək olar.
Akif növbəti dəfə müayinələrdən keçəndə nəticə həkimləri şoka salır. Virus qanda olsa da heç bir fəsad törətməyib. Sadəcə daşıyıcı kimi qalıb. Estetik cəhətdən heç də xoş görünməyən ləkələr isə azalmışdı.
53 yaşlı kişi bu müalicə üsulunun müsbət təsirindən sonra israrla davam edib. Daha 1 il keçdikdən sonra isə təkrar analizlər aparılıb. Nəticə daha da ürəkəçan olub; qanda Hepatit B virusu aşkarlanmayıb, qaraciyər normaldır, ləkələr isə tamamilə itib.
Xəbəri paylaş