
Avqustun 31-də Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:44 -də qeydə alınıb.
Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.