Mənim üçün çox dəyərli ,əziz olan, cxanım qədər istədiyim , dünyanın ən gözəl bibisini itirdim. Çox qəmliyəm, bibimin yerini kimsə əvəz edə bilməz!
Mənim nur üzlü gözəl bibim.Allaha yalvarıram ki, sənə Cənnət qismət etsin.Çünki mələk kimi bir insandır.Mənim nur üzlü bibim, hər zaman qəlbimdə yaşayacaqsan.
Mən səni anam qədər sevirdim.Bibim gəlin gedəndə, mən onun arxasınca səhərədək ağlamışam. Hətta hamıdan xəbərsiz maşına minib arxasınca getmişdim. Elə indi də ağlayıram"
"RegionTV.info" xəbər verir ki, bu sözləri sosial media hesabında bu gün vəfat edən bibisinin şəklini paylaşan müğənni Mətanət İsgəndərli deyib.
Xəbəri paylaş