Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dəniz səviyyəsi bədbin ssenariyə uyğun artır






Qrenlandiya və Antarktidada buz qatlarının əriməsi nəticəsində dünya okeanının səviyyəsi 1990-cı illərdən etibarən 1,8 sm qalxıb ki, bu da iqlimin isinməsinə dair ən bədbin ssenarinin gerçəkləşməsi deməkdir.

“Report” xəbər verir ki, belə bir qənaətə Böyük Britaniyanın Lids şəhərindəki Qütblər Müşahidəsi və Modelləşmə Mərkəzi (CPOM) ilə Danimarka Meteorologiya İnstitutu (DMI) tərəfindən müştərək həyata keçirilən yeni tədqiqat nəticəsində gəlinib.

Tədqiqata görə, mövcud vəziyyət davam etsə, cari əsrin sonunadək dəniz səviyyəsi 17 sm-dək qalxacaq, nəticədə 16 milyon əhalinin yaşadığı sahil bölgələri su altında qalacaq.

1990-cı illərdə həyata keçirilən ilk peyk müşahdələrindən sonra Antarktidada buz qatının əriməsi 7,2 mm, Qrenlandiyada isə buz qatının əriməsi dəniz səviyyəsinin 10,6 mm artmasına gətirib çıxarıb. Son ölçmələrə görə, hazırda dünya okeanının səviyyəsi ildə 4 mm yüksəlir.

“Bizim ehtimalımıza görə, okean və atmosferin isinməsi nəticəsində buz qatlarının əriyərək kütlə itirməsi bizim təsəvvür edə bildiyimizdən daha çox sürətlənib. Belə ki, buzların əriməsi bizim istifadə etdiyimiz iqlim modellərini üstələyir və biz artıq dəniz səviyyəsinin qalxmasından yaranan fəsadlara hazır olmamaq təhlükəsilə üz-üzəyik”, – deyə tədqiqatın rəhbəri, CPOM-in əməkdaşı Tom Slater bildirib.

Bununla yanaşı, son 5 ildə dəniz səviyyəsinin qalxmasında buz qatları və dağlıq buzlaqlarının əriməsinin payı iqlim isinməsinin payını üstələməyə başlayıb. Tədqiqatın DMI-dan olan rəhbəri Rut Mottram bu barədə bildirib ki, son illər ərzində minlərlə kiçik buzlaq bütövlükdə əriyib yox olub: "Məsələn, İslandiyadakı Ok buzlağı 2014-cü ildə “canını tapşırıb”. Yəni buzların əriməsi hazırda dəniz səviyyəsinin artmasının əsas amilini üstələyib”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də