"RegionTV.info"
Dövlət bankı Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin genişləndirilməsi və müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.
Görülən tədbirlər sırasında növbəti addım iki yeni xidmət strukturunun— şəhərin mərkəz hissəsində və metronun 20 yanvar stansiyası yaxınlığında yeni, modern filialların istifadəyə verilməsi olacaqdır. Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcəkdir.
Bankın digər filialları—"Mərkəz” filialı Bakı şəhəri, Nizami küçəsi, 96 ünvanda, "Bakı” filialı isə Neftçilər prospekti, 67 ünvanda Azər Türk Bankın yeni konsepsiyasına uyğun qurulmuş, müasir bankçılığın standartlarına tam cavab verən məkanda tezliklə fəaliyyətlərini davam etdirəcəklər. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.
Azər Türk Bankın ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmər şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən yaxşı yenilikçi sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.
Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.
Xəbəri paylaş