Azərbaycan neft məhsullarının ixracını azaldıb
Tarix: 19-02-2021, 20:38 Xəbərə baxış: 142
Bu ilin yanvar ayında Azərbaycan 14 367,49 min ABŞ dolları dəyərində 39 306,22 ton neft məhsulları ixrac edib."RegionTV.info" xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49%, həcmi isə 33,8% azalıb.