Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın ən uzun asma körpüsü inşa edilir - VİDEO

Azərbaycanda yeni asma körpü inşa edilir.
"RegionTV.info"  xəbər verir ki, bu ilin yanvar ayından Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Layihəyə 2021-ci ilin yanvar ayında start verilib. Hazırda körpüdə zəminbərkitmə, beton və svay işləri aparılır.
Layihəyə əsasən, Ağsu rayonu ərazisində Azərbaycanda ən uzun asma körpü inşa ediləcək. Uzunluğu 600 metr olan asma körpünün 350 metr hissəsi dayaqlı olacaq. Körpü Ağsu çayının üzərində salınacaq.
Qeyd edək ki, layihənin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də