Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Piyadanı vurub hadisə yerindən yayınan şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, fevral ayının 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub. Hal-hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də