Bu günlərdə ölkə mediasında Ermənistanın Qazax rayonu istiqamətində çayların qarşısını kəsdiyi, bununla da bir neçə kəndi susuz qoyduğu ilə bağlı məlumatlar yayılıb.
Maraqlıdır, Ermənistanın hərbi təxribatları ilə yanaşı, uzun illərdir ki, həyata keçirdiyi ekoloji terror faktlarını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağımız nə dərəcədə faydalı ola bilər? Ümumiyyətlə, Ermənistanın ekoloji terror siyasətinin ifşası istiqamətində yetərincə iş görülürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bu yöndə daha sistemli iş aparmağın vacibliyinə diqqət çəkdi:
“Ermənistanın terror siyasəti bir neçə istqiamətdə davam edir. Ermənistan həm soyqırım törədir, həm mülki əhaliyə atəş açır, həm əkin sahələrinə od vurur, həm də ölkəmizə qarşı ekoloji terror zəminində müxtəlif addımlar atır. Sərsəng su anbarı ilə bağlı səslənən təxribatçı bəyanatlar, Qazaxda baş verən son olaylar göstərir ki, Ermənistan ekoloji terrordan əl çəkmir. Ermənistan Xocalıda əhalinin soyqımını törədib, işğaldakı ərazilərdə tarixi abidələri dağıdıb, meşələri məhv edib. Bu gün də təbii ehtiyatlarımız talanır, Kəlbəcərdəki qızıl yataqları, “İstisu” istismar olunur. Ermənistan öz məqəsdinə nail olmaq üçün hər cür təxribata əl atır .
Ermənistan zaman-zaman Azərbaycanın su mənbələrindən məhrum etməyə çalışıb. Qazax rayonu ilə bağlı baş verənlər bir daha bunu sübut edir. Ermənistan cəbhəboyu kəndlərin su ilə təminatına problem yaratmaqla əhalinin bu torpaqları tərk etməsinə nail olmağa çalışır.
Azərbaycan zaman-zaman Ermənistanın ekloloji terror siyasəti ilə bağlı benəlxalq qurumlar qarşısında məsələ qaldırıb. Dünya ictimaiyyətini məlumatlandırıb. Ancaq bu gün Ermənistanın belə bir addım atmasının səbəblərindən biri də beynəlxalq qurumların Ermənstana təzyiq göstərməməsi, problemə yanaşmada ikili standartlarla çıxış etməsidir. Məhz beynəlxalq birliyin susqunluğu Ermənistanı ekoloji terrror siaysətini davam etməsinə şərait yaradır. Əlbəttə ki, bu, olduqca ciddi problemdir. Biz Ermənistanın həqiqi mahiyyətinin ifşası ilə bağlı səylərimizi gücləndirməli, işğalçının ekoloji terror siyasətinin ifşasına daha çox diqqət yetirməliyik.
Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması fakltı ilə barışmayacaq və Ermənistanın bütün təxribatlarına rəğmən bu torpaqları azad edəcəkdir. Xalqımız və dövlətimiz bunun üçün gərəkli olan gücə sahibdir və heç bir qüvvə ərazi bütövlüyümüzü bərpa etməyimizə mane ola bilməz”.