Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib."RegionTV.info" xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində sürücü, 1962-ci il təvəllüdlü Arzu İbrahimov hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
QALEREYA
 
						






