
"RegionTV.info" xəbər verir ki, A.Qeybulla bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
A.Qeybulla hər kəsi peyvənd olunmağa çağırıb:
"Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə - 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!" - deyə A.Qeybulla bildirib.