Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin olunub.
RegionTV.info bildirir ki, bu vəzifəyə Tərlan Əziz oğlu Hacızadə təyin olunub.
Qeyd edək ki, Tərlan Hacızadə 1971-ci ildə Sumqayıt şəhərində anadan olub.
1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və Mülki Tikinti" fakültəsini bitirib. Həmin ili Ağdərə rayonu Madagiz yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşdə mina partlayışı zamanı ağır yaralanıb. II qrup Qarabağ əlilidir.
T. Hacızadə 1995 - 1997-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri vəzifəsində işləyib. 2001-ci ildən isə "Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi Sumqayıt şəhər filialının sədridir.
O, Sumqayıt şəhərinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə, 2016-cı ildə isə "Prezidentin fəxri diiplomu" ilə təltif olunub.
Qasımov Qismət Oktay oğlu isə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin olunub. O, bu təyinatadək Sumqayıt şəhər İcra hakimiyyətinin hüquq şöbəsinə məsləhətçi vəzifəsində çalışıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.
Xəbəri paylaş