Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaralı sörfçü qum üzərində qoyduğu ismarıc sayəsində xilas edildi - FOTO

Yeni Zelandiyada yaralı sörfçü qum üzərində qoyduğu ismarıc sayəsində xilas edilib.
RegionTV.info bildirir ki, sörfçü lövhənin öhdəsindən gələ bilmədiyi üçün dalğanın təzyiqi altında qaya ilə toqquşub və ağır yaralanıb. O, üzərək çimərliyə çatmağı bacarsa da, yaxınlıqda heç kim olmayıb. Sörfçü kömək tapmaq məqsədilə iki saatdan artıq gəzib. Bu müddət ərzində heç kimlə rastlaşmayan kişi bundan sonra Mercer Bay körfəzinə gedib və qumun üzərinə HELP ("Yardım") sözünü yazıb. Bundan sonra isə yorğun halda yazının yanına yıxılıb.
Turist marşrutu ilə Mercer Bay körfəzinin yanından keçən qadın sörfçü yazını görüb və dərhal yaxınlıqdakı Piha məntəqəsindəki sörf klubuna zəng edib. Oradan itkin düşən kişinin axtarışı üçün iki xilasedici göndərilib.Gənc tapılıb, ona ilkin tibbi yardım göstərilib və yaşayış məntəqəsinə çatdırılıb.

Hazırda o, xəstəxanada müalicə alır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də