
"RegionTV.info" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sənəd qəbulunun vaxtı 19 fevral saat 10:00-a qədər uzadılıb. Daha əvvəl sənəd qəbulunun vaxtı 18 fevral saat 23:59-dək müəyyən edilmişdi.
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.