“ABŞ Gürcüstanda baş verən son siyasi hadisələrdən çox narahatdır”.
"RegİonTV.info"-nun məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yayımladığı açıqlamada deyilir.
“Bütün tərəfləri təmkinli olmağa, gərginliyi artıran və zorakılıqla nəticələnə biləcək hər hansı hərəkət və ya sözlərdən çəkinməyə çağırırıq. Qanunun aliliyi və hesabat verən qurumların inkişafı üçün strateji tərəfdaşımız olan Gürcüstanla çalışmağa davam edəcəyik”-deyə, açıqlamada bildirilib.
Qeyd edək ki, Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsindən sonra ölkənin baş naziri Giorgi Qaxariya istefa verib. Hakim Gürcü Arzusu Partiyasının sıralarını da tərk edən G.Qaxariyanın istefası onun hakim komanda ilə olan fikir ayrılıqları ilə əlaqələndirilir.
Artıq Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili baş nazir vəzifəsinə namizəd irəli sürülüb.
Xəbəri paylaş