
“RegionTV.info”-nun məlumatına görə hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, R.Behbudov küçəsində 1958-ci il təvəllüdlü Əsədova Kəmalə İsmayıl qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol tərəfli döş qəfəsinin və bud-çanağının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.