Qazax rayonunun Canalı kəndində ümumi sahəsi 70 m² birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. "RegionTV.info" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.