"RegionTV.info"
"Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts bəyan edib ki, ABŞ-ın eks-prezidenti Donald Trampın sosial şəbəkə hesabları açılmalı, ona şəbəkələrdə paylaşım etmək üçün şərait yaradılmalıdır.Bu barədə Qeyts CNBC telekanalına masahibəsi zamanı danışıb.
"Trampın sosial şəbəkə hesabları açılmalıdır. Düşünürəm ki, ona geri qayıtmağa izacə verilməlidir. Qəribədir ki, heç bir dəlil gətirmədən seçkilərin oğurlandığı barədə bəyanat verilir. Bu çox destruktiv haldır”, - deyə milyonçu keçmiş prezidentin sosial şəbəkələrdən istifadəsi mövzusunu şərh edərkən bildirib.
Xatırladaq ki, yanvarın 6-da Konqres binasına hücumdan sonra Trampın "Twitter”, ardınca da "Facebook” və "Instagram” hesabları bloklanıb.
Xəbəri paylaş