
"RegionTV.info" xəbər verir ki, bu barədə NASA-dan verilən məlumata görə, eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib. Kosmik missiyaların əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.
“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.
Bundan əlavə olaraq yeni Mars aparatı 23 ədəd kamera ilə təchiz olunub. Aparatda olan 2 ədəd mikrofon vasitəsilə alimlər ilk dəfə Mars səthində olan səsləri də eşidə biləcəklər.
Marsın səthindən ilk görüntülər artıq “Youtube” kanal vasitəsi ilə yayımlanıb.
Qeyd edək ki, bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.
Aparatın Marsdan çəkdiyi ilk fotonu təqdim edirik: