Ölkədə benzin və dizelin bahalaşmasından sonra ərzaq məhsullarının qiymətində də artım müşahidə olunur.
"RegionTV.info" xəbər verir ki, sosial şəbəkələrdə artıq çörəyin qiymətinin də qalxdığı haqda məlumatlar dolaşır. Belə ki, Azərbaycanda çörək istehsalı sahəsində formalaşan “Çörəkçi” müəssisənin qiymətləri artırması haqda sosial şəbəkə istifadəçilərindən biri məlumat paylaşıb. Məlumatda adıçəkilən müəssisənin istehsal etdiyi çörəyin qiymətinin 40 qəpikdən 45 qəpiyə qaldırıldığı əks olunub.
Xəbəri paylaş